Azərbaycanda İKT mütəxəssisi hazırlığı ilə bağlı xüsusi fondun yaradılması təklif olunur

Azərbaycanda İKT mütəxəssisi hazırlığı ilə bağlı xüsusi fondun yaradılması təklif olunur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində İKT sahəsində mütəxəssislərin yetişdirilməsi ilə bağlı xüsusi fond yaradılmalıdır.
İKT
20 Dekabr , 2022 14:40
Azərbaycanda İKT mütəxəssisi hazırlığı ilə bağlı xüsusi fondun yaradılması təklif olunur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində İKT sahəsində mütəxəssislərin yetişdirilməsi ilə bağlı xüsusi fond yaradılmalıdır.

“Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, fond bu sahədə ali məktəblərdə oxuyan tələbələrə xüsusi stipendiya veə bilər: "Misal üçün Kənd Təsərrüfatı Nazirliyi tələbələrə xüsusi stipendiyalar verir ki, bu da insanlarda bu sənəti öyrənməsi üçün motivasiya yaradır. Biz də çalışmalıyıq ki, İKT sahəsində mütəxəssisləri də daxildə inkişaf etdirək. Demirəm ki, 200-300 nəfərə, 10-15 ən yaxşı magistr pilləsində oxuyan tələbələrə bu stipendiyalar ayrıla bilər.

Son xəbərlər

Orphus sistemi