Azərbaycanda I yarımildə 400 milyona yaxın zərərli virus bloklanıb

Azərbaycanda I yarımildə 400 milyona yaxın zərərli virus bloklanıb Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "AzstateNet" dövlət şəbəkəsində 391 milyon 630 min zərərli keçidi yeni nəsil mühafizə avadanlıqları vasitəsilə bloklayıb.
İKT
25 İyul , 2023 12:30
Azərbaycanda I yarımildə 400 milyona yaxın zərərli virus bloklanıb

Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "AzstateNet" dövlət şəbəkəsində 391 milyon 630 min zərərli keçidi yeni nəsil mühafizə avadanlıqları vasitəsilə bloklayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, 2 milyon 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb, 49 min 370 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi