Azərbaycanda İKT üzrə yeni qrant müsaqibəsi elan ediləcək

Azərbaycanda İKT üzrə yeni qrant müsaqibəsi elan ediləcək Bununla bağlı qərar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında qəbul edilib
İKT
6 Aprel , 2017 10:37
Azərbaycanda İKT üzrə yeni qrant müsaqibəsi elan ediləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, iclasda informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə növbəti qrant müsabiqəsinin 10 aprel 2017-ci il tarixdən elan edilməsi və layihələrin 2 ay müddətində qəbuluna dair qərar qəbul edilib.

Müsabiqənin 5 istiqamət üzrə – mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsullarının nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı üzrə keçirilməsi nəzərdə tutulur.

MŞ-nın sədri, nazir müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi