Azərbaycanda genişzolaqlı internetin sürəti 38 % artıb

Azərbaycanda genişzolaqlı internetin sürəti 38 % artıb Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən 2 pillə geriləyərək 38,32 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.
İKT
26 Aprel , 2024 11:42
Azərbaycanda genişzolaqlı internetin sürəti 38 % artıb

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən 2 pillə geriləyərək 38,32 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (27,84 MB/S) ilə müqayisədə 38 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (284,13 MB/S), axırıncı yeri isə Kuba (2,92 MB/S) tutub.

Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda 3 pillə irəliləyərək 50,12 MB/S sürətlə 148 ölkə arasında 56-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (313,30 MB/S), sonuncu yeri isə Kuba (4,01 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 195 şəhər arasında 39,90 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (308,05 MB/S) başçılıq edib. Sonuncu pillədə Havana (2,10 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı martda mobil internetin sürətinə görə 59,78 MB/S sürətlə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 168 şəhər arasında 74-cü yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (427,38 MB/S), sonuncu yeri Havana (5,08 MB/S) tutub.

Son xəbərlər

Orphus sistemi