Azərbaycanda genişzolaqlı internetin sürəti 35 % artıb

İKT
  • 18 mart, 2024
  • 07:36
Azərbaycanda genişzolaqlı internetin sürəti 35 % artıb

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 183 ölkə arasında əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 37,32 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (27,57 MB/S) ilə müqayisədə 35,4 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (286,66 MB/S), axırıncı yeri isə Kuba (2,55 MB/S) tutub.

Azərbaycan mobil internetin sürətinə görə yanvara nisbətən fevralda öz yerini qoruyaraq 48,41 MB/S sürətlə 155 ölkə arasında 59-cu olub.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (286,42 MB/S), sonuncu yeri isə Şərqi Timor (3,34 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 201 şəhər arasında 38,85 MB/S sürətlə 135-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (300,12 MB/S) başçılıq edib. Sonuncu pillədə Havana (1,95 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı fevralda mobil internetin sürətinə görə 55,13 MB/S sürətlə əvvəlki aya nisbətən yerini qoruyaraq 178 şəhər arasında 77-ci yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (417,17 MB/S), sonuncu yeri Havana (4,6 MB/S) tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti