Azərbaycanda genişzolaqlı internetin sürəti 30 % artıb

Azərbaycanda genişzolaqlı internetin sürəti 30 % artıb Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 178 ölkə arasında noyabr ayına nisbətən 1 pillə irəliləyərək 35,25 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.
İKT
22 Yanvar , 2024 17:07
Azərbaycanda genişzolaqlı internetin sürəti 30 % artıb

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 178 ölkə arasında noyabr ayına nisbətən 1 pillə irəliləyərək 35,25 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (27,15 MB/S) ilə müqayisədə 30 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ilin dekabrında birinci yeri Sinqapur (270,62 MB/S), axırıncı yeri isə Kuba (2,5 MB/S) tutub.

Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə 146 ölkə arasında 43,8 MB/S sürətlə 1 pillə geriləyərək 59-cu yerdə qərarlaşıb.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (303,21 MB/S), sonuncu yeri isə Kuba (3,54 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə 194 şəhər arasında 1 pillə irəliləyərək 37,63 MB/S sürətlə 136-cı yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Pekin (298,24) MB/S başçılıq edir edib. Sonuncu pillədə Havana şəhəri (2,03 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı mobil internetin sürətinə görə əvvəlki aya nisbətən dekabrda öz yerini qoruyaraq 45,9 MB/S sürətlə 169 şəhər arasında 73-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Dubay (355,04 MB/S), sonuncu yeri Sudanın paytaxtı Xartum (3,03 MB/S) tutub.

Son xəbərlər

Orphus sistemi