Azərbaycanda ərzaq məhsullarına tələbatla bağlı portal yaradılıb

Azərbaycanda ərzaq məhsullarına tələbatla bağlı portal yaradılıb Portalın əsas məqsədi ölkə ərazisində məhsul istehsalının stimullaşdırılmasıdır
İKT
10 Noyabr , 2016 11:12
Azərbaycanda ərzaq məhsullarına tələbatla bağlı portal yaradılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı yaradılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, MHM-in texniki dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən yaradılan portalın əsas məqsədi ölkə ərazisində məhsul istehsalının stimullaşdırılmasıdır.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin məqsədi regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi