Azərbaycanda elektron satınalmaların həcmi 19 % artıb

İKT
  • 12 sentyabr, 2023
  • 10:07
Azərbaycanda elektron satınalmaların həcmi 19 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1 %-ni təşkil edib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18,9 %, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb.

Cari il ərzində "http://Etender.gov.az" portalı vasitəsilə ümumilikdə 3 270 elektron satınalma həyata keçirilib.

44 filmi