Azərbaycanda e-Hökumət Təlim-Tədris Mərkəzinin açılışı olub

Azərbaycanda e-Hökumət Təlim-Tədris Mərkəzinin açılışı olub Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları təşkil ediləcək
İKT
6 Fevral , 2015 12:11
Azərbaycanda e-Hökumət Təlim-Tədris Mərkəzinin açılışı olub

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Bakı, Gəncə, Naxçıvan, Sumqayıt və Mingəçevir şəhərləri daxil olmaqla ümumilikdə 15 regionda 17 mərkəzi olan ümumi şəbəkədə birləşdirən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, Mərkəz ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqların artırılması, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi işlərini həyata keçirəcək. Mərkəzin portalı (e-training.az) hazırlanıb və onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə off-layn və on-layn rejimlərində təlimlərin keçirilməsi də mümkündür.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Koreya Xarici İşlər Nazirliyi arasında 2013-cü il aprelin 18-də imzalanan "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması" çərçivəsində yaradılıb.

Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi