Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2,5 dəfə azalıb

Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2,5 dəfə azalıb Bui ilin yanvar-fevral aylarında Azərbaycanda 14 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
İKT
15 Mart , 2024 15:51
Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2,5 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 14 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 65 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 65 % çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Son xəbərlər

Orphus sistemi