Azərbaycanda dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlanıb

Azərbaycanda dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlanıb Ötən il "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatb və müvafiq qərar qəbul edilib.
İKT
18 Yanvar , 2024 11:20
Azərbaycanda dövlət provayderlərinə qarşı qaldırılmış işin nəticələri açıqlanıb

Ötən il "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatb və müvafiq qərar qəbul edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Belə ki, cəmiyyətlər tərəfindən tənzimlənən qiymətlərdən fərqli qiymətlərin tətbiq edilməsi müəyyən olunub. Hər iki quruma daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib", - deyə M.Abbasbəyli əlavə edib.

Xatırladaq ki, onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi