Azərbaycanda Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılmasına çəkiləcək xərc açıqlanıb
- 17 yanvar, 2025
- 09:39
Azərbaycanda Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və əlaqədar xidmətlərin satın alınmasına 3 milyon 98 min 169 manat vəsaitin yönəldilməsi planlaşdırıllr.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 1 000 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər fevralın 18-i saat 17:30-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.