Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 77 saxta domen bloklanıb.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 % çoxdur.
Təkcə III rübdə 53 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 4 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Azərbaycanda 55 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 43 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 266 yeni subdomen verilib ki, bu da illik müqayisədə 38 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.