Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,74 milyon zərərli elektron poçt bloklanıb

Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,74 milyon zərərli elektron poçt bloklanıb Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 23 milyon 478 min 567 elektron məktubu emal edib, onlardan 21 milyon 738 min 530-u istif
İKT
12 Oktyabr , 2024 12:38
Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,74 milyon zərərli elektron poçt bloklanıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 23 milyon 478 min 567 elektron məktubu emal edib, onlardan 21 milyon 738 min 530-u istifadəçilərə çatdırıb, 1 milyon 740 min 037-ni isə zərərli tərkibli olduğu üçün bloklayıb.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış məktubların sayı 13,2 % azalıb.

Təkcə III rübdə 537 min 853 elektron məktub bloklanıb ki, bu da I rübün göstəricisindən 21 % azdır, II rüb ilə müqayisədə isə – 3 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 27 milyon 756 min məktub daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Son xəbərlər

Orphus sistemi