Hazırda birləşmə prosesində olan “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelecom) MMC-lərə 2021-2023-cü illər ərzində 1 341 nəfər işçi qəbul edilib ki, bu da orta hesabla 30 %-lik artım tempinə bərabərdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib.
“2023-cü ildə iki şirkətə 596 işçi qəbul olunub. Bu əvvəlki illə müqayisədə 51 % artım deməkdir. Ötən il ərzində işçilərin orta yaş həddi bir qədər azalaraq 45-ə düşüb”, - deyə o əlavə edib.
Hazırda iki şirkətdə toplam olaraq 7 500-ə yaxın əməkdaşın çalışdığını bildirən T. Pirvediyev, bazar tələbinə uyğun olaraq yüksək keyfiyyətli kadrların şirkətə cəlb edilməsi üzərində çalışdıqlarını vurğulayıb.