​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender elan edib

​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender elan edib Server avadanlıqları və proqram təminatının texniki tapşırığının alınması nəzərdə tutulur
İKT
21 May , 2016 15:53
​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender elan edib

Bakı. 21 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC iki açıq tender elan edib. “Report”un məlumatına görə, müraciət üçün son vaxt iyunun 2-si saat 15:00 müəyyən edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elan etdiyi birinci açıq müsabiqə SAP ERP proqramında PM biznes prosesləri özündə əks etdirən proqram təminatının texniki tapşırığının hazırlanması xidmətlərinin satın alınması ilə bağlıdır.

Digər satınalma müsabiqəsi isə şirkətdə server otağının yaradılması üçün avadanlıqların alınmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi