Azərbaycan və Türkiyə elektron imza sertifikatlarıni qarşılıqlı qaydada tanıyacaq

Azərbaycan və Türkiyə elektron imza sertifikatlarıni qarşılıqlı qaydada tanıyacaq Nazir müavini Elmir Vəlizadə: "Türkiyə şirkətlərinin Azərbaycanda verdiyi sertifikatlar məqbul sayıla bilər"
İKT
3 Dekabr , 2014 18:00
Azərbaycan və Türkiyə elektron imza sertifikatlarıni qarşılıqlı qaydada tanıyacaq
Bakı. 3dekabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə arasında elektron hökumət sahəsində əməkdaşlıq həm nəzəri, həm də texnoloji baxımdan mümkündür. "Report"un xəbər verdiyi kimi, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumunda Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Azərbaycanda elektron imza ilə bağlı qanunvericilikdə xarici sertifikat mərkəzlərinin verdiyi sertifikatların tanınma mexanizmləri mövcuddur. Odur ki, Türkiyə şirkətlərinin Azərbaycanda verdiyi sertifikatlar məqbul sayıla bilər. Azərbaycanda da "elektron hökumət" portallarına girmək üçün elektron imza əsas götürülür. Bu vasitələrin tanınması baş tutarsa, bu, artıq çox qapıları aça bilər", - deyə E.Vəlizadə qeyd edib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda verilən elektron sertifikatlar da öz növbəsində Türkiyədə tanına bilər: "Çünki Azərbaycanda tətbiq edilən "elektron imza" texnologiyası dünyada qəbul olunan sistemə uyğundur və bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi