Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edə bilərlər

Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edə bilərlər Türkiyə Azərbaycanla kosmik sahədə ciddi işbirliyi planlaşdırır.
İKT
6 Oktyabr , 2023 17:26
Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edə bilərlər

Türkiyə Azərbaycanla kosmik sahədə ciddi işbirliyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini, Ahmet Yozgatlıgil bildirib.

"İki ölkənin nazirlikləri bu sahədə əməkdaşlığı dəstəkləyir. Kosmik sahəyə investisiya məsələləri mütəmadi olaraq Azərbaycan və Türkiyənin nazirləri səviyyəsində müzakirə edilir. Buradakı investisiya fondlarının həm Türkiyə, həm də Azərbaycandan olan investorlara açıq olması, Türkiyə şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin və startaplarının Türkiyədə olması biz burada olanda nazirlərimiz səviyyəsində müzakirə edilib”, - deyə o qeyd edib.

Türkiyə rəsmisi həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") təcrübəsindən də yararlanacaqlarını açıqlayıb: “Bizim artıq “Azərkosmos”la sıx əlaqələrimiz var. Onlar Beynəlxalq Astronatika Konqresi ilə bağlı namizədlik təcrübəsini bizə öyrədiblər. Həmçinin Konqresin təşkili ilə bağlı təcrübələrini də bizimlə bölüşəcəklər.

Kosmosda əldə edilən təcrübəni qarşılıqlı şəkildə bölüşməklə yanaşı, Azərbaycan və Türkiyənin Milli Kosmik Proqramları arasında birgə daha hansı layihələr həyata keçirilə bilərsə, onlara baxılacaq. Türkiyə özü peyk hissələri hazırlayır. Bizim artıq həm telekommunikasiya, həm də müşahidə peyklərimiz var. Onlar orbitə xidmət göstərməkdədir”.

Nazir müavini ölkəsinin 2026-cı ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcəyi xəbərini Bakıda eşitdyini deyib: "Dünyada kosmik sahədə keçirilən ən böyük tədbirə Türkiyənin ev sahibliyi etməsi qürurvericidir. Bundan öncə 5 dəfə namizəd olmuşuq, amma seçilməmişik. Bu sevindirici xəbəri qardaş ölkə Azərbaycanda öyrənmək isə ayrı bir xoşbəxtlikdir. İnşAllah 2026-cı ildə biz də bu konqresə evsahibliyi edəcəyik. 2024-cü ildə iki astronavtımız Alper Gezeravzı və Tuva Cihangir Atasever kosmosa uçacaqlar. Hər iki astroanvt elmi tədqiqatlar məqsədi ilə kosmosa qalxacaqlar".

Son xəbərlər

Orphus sistemi