Azərbaycan və Türkiyə bulud həlləri üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə bulud həlləri üzrə əməkdaşlıq edəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC Türkiyənin ən məşhur bulud xidmətlərini təqdim edən “Bulutistan” şirkəti ilə memorandum imzalayıb.
İKT
11 Avqust , 2022 17:27
Azərbaycan və Türkiyə bulud həlləri üzrə əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC Türkiyənin ən məşhur bulud xidmətlərini təqdim edən “Bulutistan” şirkəti ilə memorandum imzalayıb.

"Report" xəbər verir ki, bu barədə “AzInTelecom” məlumat yayıb.

Memoranduma əsasən, bulud həllərinin Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti nəzərdə tutulur.

İmzalanmadan sonra “Bulutistan” şirkətinin də əməkdaşlıq etdiyi və ən böyük beynəlxalq data mərkəzi operatorlarından biri hesab olunan “Equinix” şirkətinin data mərkəzi ziyarət olunub.

Ziyarət zamanı “AzInTelecom” təmsilçiləri data mərkəzinin quruluşu üçün istifadə olunan texnologiyalar və proseslərlə tanış olaraq fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi