Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan və Qətər İnformasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. "Report" Qətər KİV-inə istinadən xəbər verir ki, sənəd Dohada "ITU-2014" beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Qətərin rabitə və kommunikasiya texnologiyaları naziri Həssa Sultan əl-Cabir tərəfindən imzalanan memorandum iki ölkə arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, informasiya və təcrübə mübadiləsini nəzərdə tutur.
Sənədin imzalanmasından sonra hər iki ölkənin nazirlərinə "Qatar National Broadband Network", "Qatar Satellite Company" və "Qatar Assistive Technology Centre" kimi yerli şirkətlər haqqında məlumat verilib.