Azərbaycan və Qazaxıstan arasında gömrük proseduru sinxronlaşdırıla bilər

Azərbaycan və Qazaxıstan arasında gömrük proseduru sinxronlaşdırıla bilər Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının qarşı tərəfdən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.
İKT
9 Sentyabr , 2021 09:27
Azərbaycan və Qazaxıstan arasında gömrük proseduru sinxronlaşdırıla bilər

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının qarşı tərəfdən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

"Report" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə nəqliyyat və İKT sahəsində ikitərəfli əməkdaşlığımız müzakirə edilib. Ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

B.Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Son xəbərlər

Orphus sistemi