Azərbaycan və İtaliya şirkəti kosmik əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və İtaliya şirkəti kosmik əməkdaşlıq imkanlarını müzakirə edibAzərbaycan İtaliya şirkəti ilə kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Azərbaycan İtaliya şirkəti ilə kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşdə baş tutub.
Aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşdük. Kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə etdik. pic.twitter.com/sEon4uFh7D