Azərbaycan və İraq FM radio yayımları ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və İraq FM radio yayımları ilə bağlı Anlaşma Memorandumu imzalayıb Azərbaycan və İraq FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalayıb.
İKT
8 Dekabr , 2023 12:53
Azərbaycan və İraq FM radio yayımları ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və İraq FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalayıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfər çərçivəsində Rabitə və Media Komissiyasının Baş icraçı direktoru Əli Hussein Əl-Muayedlə görüşdük. İki ölkə arasında FM radiostansiyalarının koordinasiyası barədə müzakirə apardıq. Hökumətlər arasında FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalanıb", -deyə, o qeyd edib.

Son xəbərlər

Orphus sistemi