Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci təxminən 19 % azaldıb

İKT
  • 03 avqust, 2024
  • 11:11
Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci təxminən 19 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 120,157 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 18,7 % azdır.

Təkcə iyul ayında Türkiyə Azərbaycana 22,085 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 13,2 % çoxdur.

7 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 0,8 % artaraq 9,258 milyard ABŞ dollarına, iyul ayında isə 12,3 % artaraq 1,418 milyard ABŞ dollarına çatıb.

44 filmi