Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci azaldıb

İKT
  • 06 iyul, 2024
  • 13:11
Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 100,096 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 22 % azdır.

Təkcə iyun ayında Türkiyə Azərbaycana 15,055 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 13,7 % azdır.

6 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 0,9 % artaraq 7,845 milyard ABŞ dollarına, iyun ayında isə 10,8 % azalaraq 1,193 milyard ABŞ dollarına çatıb.