Azərbaycan SPECA ölkələri arasında rəqəmsal bağlantının məqbul sayıldığı 3 ölkədən biridir

Azərbaycan SPECA ölkələri arasında rəqəmsal bağlantının məqbul sayıldığı 3 ölkədən biridir Nəqliyyatın rəqəmsallaşması məsələsinə toxunan Tiziana Bonapaçe dəmir yolları, avtomobil yolları qurularkən paralel olaraq fiber optik kabellərin quraşdırılmasının  vacibliyini vurğulayıb
İKT
21 Noyabr , 2023 17:42
Azərbaycan SPECA ölkələri arasında rəqəmsal bağlantının məqbul sayıldığı 3 ölkədən biridir

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) daxil olan ölkələr arasında rəqəmsal bağlantının məqbul sayıldığı 3 ölkədən biri Azərbaycandır.

"Report" xəbər verir ki, bunu Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCATO) informasiya-kommunikasiya texnologiyaları və yoxsulluq riskinin azaldılması şöbəsinin direktoru Tiziana Bonapaçe bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, digər ölkələr isə Qazaxıstan və Özbəkistandır: “Əgər real vaxt rejimində mobil internetin sürətinə baxmış olsaq SPECA ölkələrində bu göstərici elə də yüksək deyil. Onlar hardasa ortada qərarlaşıb. Ən yüksək bağlantılıq isə Şərqi Asiya ölkələridə təmin olunub. Bu ölkələrdə internetin sürəti mükəmməl səviyyədə olduğunu deyə bilərik. Ümumiyyətlə hazırda texnoloji inkişaf baxımından dünya lideri Asiya və Sakit Okean regionudur. Buna baxmayaraq həmin bölgədə Myanmar və Əfqanıstan kimi son bir neçə onillik ərzində texnoloji baxımından az inkişaf etmiş ölkələr də mövcuddur. SPECA-ya qayıtmış olsaq qeyd etmək lazımdır ki, xüsusilə son 3-4 il ərzində rəqəmsal transformasiya baxımından çox böyük dəyişikliklər baş verib”.

Nəqliyyatın rəqəmsallaşması məsələsinə toxunan T. Bonapaçe dəmir yolları, avtomobil yolları qurularkən paralel olaraq fiber optik kabellərin quraşdırılmasının vacibliyini vurğulayıb: “Bu yanaşmadan orta dəhliz üçün də istifadə oluna bilər. Bununla siz smart dəmir yolu və avtomobil yolları xətlərini təmin etmiş olacaqsınız. Dünyada bu cür yanaşmanın uğurlu nümunələri az deyil”.

Son xəbərlər

Orphus sistemi