Azərbaycan sosial şəbəkələrlə danışıqlara başlayıb

Azərbaycan sosial şəbəkələrlə danışıqlara başlayıb Nazir Əli Abbasov: "Azərbaycanda fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər sertifikat almalıdır"
İKT
27 Avqust , 2015 12:30
Azərbaycan sosial şəbəkələrlə danışıqlara başlayıb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanda internet üzərindən aparılan xidmətlər, həyata keçirilən işlərə dair Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tənzimləyici orqandır. "Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Hesab edirik ki, Azərbaycanda kütləvi, fərdi informasiyaların yığımı və saxlanılması ilə məşğul olan şirkətlər Azərbaycan qanunlarına əsasən fərdi məlumatların saxlanılması üzrə sertifikat almalıdır".

Nazir deyib ki, bu sənədi RYTN verir: "Biz artıq "facebook", "Viber", "Skype", "WhatsApp" və s. bu kimi sosial şəbəkələrlə danışıqlara başlamışıq. Onlar təkcə Azərbaycanda deyil, bütün Avropa ölkələrində bu istiqamətdə danışıqlara başlayıb. Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır, tənzimləyir. Hesab edirəm ki, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq da, lakin bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır. Danışıqlar bir sıra sosial şəbəkələrlə müsbət nəticə verib və onlar artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb. Düşünürəm ki, onların fəaliyyətini sertifikatlaşdıracağıq". 

Ə.Abbasovun sözlərinə görə, rabitə xidmətləri göstərən şəbəkələrə isə bildirilib ki, onlar lisenziya almalıdır və həmin şirkətlər artıq bunun üzərində düşünür.

Son xəbərlər

Orphus sistemi