Azərbaycan Parisdə keçiriləcək beynəlxalq startap yarışında iştirak edəcək

Azərbaycan Parisdə keçiriləcək beynəlxalq startap yarışında iştirak edəcək Bakı. 14 fevral. REPORT.AZ/ TalentPort” layihəsi Bakıda qadınlar arasında keçirilən “Global Startup Weekend” (“GSWW 2018”) tədbirinin qalibi olub. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda martın 7-də Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcəklər.
İKT
14 Fevral , 2018 14:31
Azərbaycan Parisdə keçiriləcək beynəlxalq startap yarışında iştirak edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ "TalentPort” layihəsi Bakıda qadınlar arasında keçirilən “Global Startup Weekend” (“GSWW 2018”) tədbirinin qalibi olub. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda martın 7-də Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcəklər.

“Report”un verdiyi xəbərə görə, “Boş durma, hərəkətə keç” şüarı ilə keçirilən yarışda ümumilikdə 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak edib.

“Startup Weekend” tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startap, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın nəticələrinə əsasən, “TalentPort” komandası I yerə layiq görülüb. Qalib komanda “RCI Bank & Services”, “AccorHotels”, “Air France”, “Wavestone”, “Air Liquide”, “La Tribune” kimi qlobal sponsorlardan Parisə uçuş bileti, "Accor Hotel"də 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda “Next Step” İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olmaq şansı qazanıblar. İkinci yerdə “SuperNanny”, 3-cü yerdə isə “Creyofu” komandaları qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi