Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistanın kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb.
İKT
31 Avqust , 2023 11:20
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistanın kibertəhlükəsizlik sahəsində aidiyyəti dövlət qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, sənədin məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə edilməsidir.

Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi