Azərbaycan Niderlanda naviqasiya cihazları ixrac etməyə başlayıb

İKT
  • 16 fevral, 2024
  • 07:21
Azərbaycan Niderlanda naviqasiya cihazları ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 1,66 milyon ABŞ dolları dəyərində 77 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq – 2,9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Böyük Britaniyaya 686 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 28 ədəd (+22 %), Niderlanda 594 min ABŞ dolları dəyərindən 20 ədəd, Fransaya 322 min ABŞ dolları dəyərində 7 ədəd (bir il əvvəl tədarük olmayıb), Malayziyaya 40 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 7 min ABŞ dolları dəyərində (+41 %) 5 ədəd (+5 dəfə) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanda tədarük həyata keçirilib.