​Azərbaycan nano-texnologiyalar sahəsində neftdən geniş istifadə edəcək

​Azərbaycan nano-texnologiyalar sahəsində neftdən geniş istifadə edəcək Nazir müavini Elmir Vəlizadə: "Nano-texnologiyaların istehsalında, ümumiyyətlə, İKT sahəsində neftin potensialından istifadə etmək olar"
İKT
3 Dekabr , 2014 17:04
​Azərbaycan nano-texnologiyalar sahəsində neftdən geniş istifadə edəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan nano-texnoloji boruların istehsalı prosesində xammal kimi neftdən istifadə edəcək. "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumunda Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan nano-texnologiyalar sahəsində ilk uğurlar əldə edib: "Dünyada nano-borular, hissəciklərin alınması üçün karbon mənbələrdən istifadə olunur. Azərbaycanda isə bu məqsədlə istifadə olunan karbon mənbə Xəzərdən alınır".

Nazir müavini qeyd edib ki, artıq Azərbaycan neftindən nano-texnoloji boruların istehsalında istifadə olunur və çox yüksək nəticələr əldə edilib: "Bu o deməkdir ki, nano-texnologiyaların istehsalında, ümumiyyətlə, İKT sahəsində neftin potensialından istifadə etmək olar".

E.Vəlizadə əlavə edib ki, hazırda Azərbaycanda enerjiyə qənaət, alternativ enerji mənbələrinin yaradılması, biotexnologiyalardan istifadə prioritet istiqamətlərdən biridir: "Artıq yaxşılaşdırılmış elektron fiziki və kimyəvi xassələrə malik karbon nano-borular, işıq diodları alınıb və onların istehsalına başlanılıb".

Son xəbərlər

Orphus sistemi