Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk Məzun Günü keçirili
İKT
24 İyul , 2023 11:11
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk Məzun Günü keçirilib.

"Report" xəbər verir ki, tədbirdə nazir müavini Samir Məmmədov, İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, İsrailin Azərbaycandakı səfiri Corc Diklə yanaşı, digər qurum və şirkət rəhbərləri də iştirak ediblər.

S.Məmmədov öncə müasir dövrdə kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq AKM-nin ilk ilində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ötən il Mərkəzə müraciət etmiş 2 300 şəxsdən 60-ı bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə edib. Tələbələr müdafiə ("Blue Team") və hücum ("Red Team") qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik üzrə ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər.

İngilis dilində tədris edilən dərsləri İsrailin aparıcı elmi mərkəzi olan “Technion” İnstitutunun professor heyəti keçir. 6 ay davam edən təlim müddəti ərzində tələbələr səhər 9-dan axşam 6-ya qədər AKM-də keçirilən əyani dərslərə cəlb olunublar.

Məzun Günündə, həmçinin təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub. Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar məzun sertifikatları təqdim edib.

Növbəti 3 il ərzində Mərkəzdə 1000-ə yaxın kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması gözlənilir.

21-ci əsrdə kibertəhlükəsizlik problematikasının aktuallığı durmadan artır. Yeni təhlükə mənbələri yarandıqca, onlara qarşı müvafiq müdafiə mexanizmlərinin işlənib hazırlanması zərurəti yaranır. İnkişaf edən rəqəmsal hökümət, cəmiyyət və dayanıqlı iqtisadiyyatın kiberhücumlara qarşı müdafiə potensialının gücləndirilməsi də dövlət təhlükəsizliyi konsepsiyasının tərkib hissəsinə çevrilib. Bu kontekstdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına və dövlətimizin kibermüdafiəsinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi