Elnur Əliyev: "Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək"

Elnur Əliyev: "Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək" İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökümətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İKT
5 Dekabr , 2023 10:33
Elnur Əliyev: Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökumətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə bu istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.

Tərəflər Bakıda keçirilən "InMerge İnnovasiya Sammiti"nin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı "workshop"un iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi