Azərbaycan İƏT ölkələrinin İKT üzrə məsul nazirlərinin III görüşünə qatılıb

Azərbaycan İƏT ölkələrinin İKT üzrə məsul nazirlərinin III görüşünə qatılıb Iyulun 13-də İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin 3-cü görüşü keçirilib.
İKT
14 İyul , 2023 10:28
Azərbaycan İƏT ölkələrinin İKT üzrə məsul nazirlərinin III görüşünə qatılıb

İyulun 13-də İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin III görüşü keçirilib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə üzv dövlətlərdə sahə ilə bağlı tənzimləmə siyasətinin optimallaşdırılmasının, qanunvericilik və İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsinin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Tədbirdə iştirak edən nazir müavini Samir Məmmədov ölkəmizdə kibertəhlükəsizlik, telekommunikasiya, peyk xidmətləri, eləcə də “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Görüşün sonunda birgə Tehran Bəyannaməsi qəbul edilib.

1992-ci il noyabrın 28-də 7 ölkə – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub. Hazırda Təşkilatın 10 üzv ölkəsi var.

Son xəbərlər

Orphus sistemi