Azərbaycanəsilli astronavt: "Süni intellektdən istifadə kosmik tədqiqatları asanlaşdıracaq"

Azərbaycanəsilli astronavt: "Süni intellektdən istifadə kosmik tədqiqatları asanlaşdıracaq" Süni intellekt çox sürətlə inkişaf edir və onun insan kimi, yaxud da ona yaxın şəkildə düşünməsi və işləməsi son illərin təcrübəsidir.
İKT
5 Oktyabr , 2023 15:46
Azərbaycanəsilli astronavt: Süni intellektdən istifadə kosmik tədqiqatları asanlaşdıracaq

Süni intellekt çox sürətlə inkişaf edir və onun insan kimi, yaxud da ona yaxın şəkildə düşünməsi və işləməsi son illərin təcrübəsidir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycanəsilli astronavtı Tuva Cihangir Atasevər Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlarla görüşdə deyib.

T. Atasevərin sözlərinə görə, süni intellektdən istifadə etməklə kosmik tədqiqatları asanlaşdırmaq olar:

“Hesab edirəm ki, həm insanların, həm də robotlarla birlikdə təşkil edilən missiyalarda süni intellektdən istifadə etmək lazmdır. Bu isə təbii ki, tədqiqatların asanlaşmasına geniş şərait yaradacaq”.

Astronaft "Report"a bildirib ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC) dünyanın ən böyük kosmik konqresidir: "Mənim ana yurdum olan Azərbaycanda belə bir Konqresin keçirilməsi və qısa müddət sonra kosmosa uçacaq astronavt olaraq, burada iştirakım qürurvericdir.

Bilirsiniz ki, sabah burada xalq günü olacaq. Azərbaycandan olan uşaqlar sabah gəlib burada astronavtlar, kosmonavtlar və kosmosda çalışan digər şəxslərlə görüşəcəklər. Bu onların xəyal dünyalarında yeni qapılar açacaq və orta və uzun vədədə Azərbaycanın kosmik fəaliyyətinə müsbət təsir edəcək”.

Azərbaycanlı astronavt Türkiyənin 2026-cı il üçün ev sahibliyi şanslarını da yüksək qiymətləndirib: “Mən Türkiyənin şansının yüksək olduğunu düşünürəm. Artıq bununla bağlı çalışmalara da başlanılıb. Həmçinin müəyyən təqdimatlar da olub. Sabah seçim olacaq və ümid edirəm ki, 2026-cı ildə sizin də iştirakınızla IAC-ı Antalyada gerçəkləşdirə bilərik”.

Son xəbərlər

Orphus sistemi