Azərbaycan Bolqarıstan və Norveçdən printer idxalını bərpa edib

İKT
  • 16 fevral, 2024
  • 12:05
Azərbaycan Bolqarıstan və Norveçdən printer idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 21,2 milyon ABŞ dolları dəyərində 113 min 217 ədəd printer, surətçıxarma və faksmil aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 8,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 86 min 191 ədəd (+3 dəfə), İsveçrədən 3 milyon ABŞ dolları dəyərində (+17 %) 27 ədəd (-10 %), Vyetnamdan 2,9 milyon ABŞ dolları dəyərində (+14 %) 11 min 996 ədəd (-11 %), Filippindən 1 milyon ABŞ dolları dəyərində (-1 %) 6 min 501 ədəd (+11 %), Birləşmiş Ərəb Əmirliklərindən 851 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 102 ədəd (-86 %) məhsul alıb.

Azərbaycan 1 il 8 ayın tamamında Norveçdən (0,29 min ABŞ dolları dəyərində 2 ədəd), 1 il 4 aylıq fasilənin ardından Bolqarıstandan (1,54 min ABŞ dolları dəyərində 6 ədəd) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti