Azərbaycan 4 ölkədən smartfon tədarükünü bərpa edib
- 05 oktyabr, 2023
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul ayında Azərbaycana xaricdən 172 milyon ABŞ dolları dəyərində 666 min 901 ədəd smartfon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 117,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 461 min 144 ədəd (+22 %), Vyetnamdan 42 milyon ABŞ dolları dəyərində (+8,3 %) 169 min 499 ədəd (-14 %), Hindistandan 12,12 milyon ABŞ dolları dəyərində (-28 %) 35 min 830 ədəd (-53 %), Çexiyadan 113,53 min ABŞ dolları dəyərində 122 ədəd, Amerika Birləşmiş Ştatlarından 71 min ABŞ dolları dəyərində (+4 dəfə) 83 ədəd (+5,2 dəfə) cihaz alıb.
Azərbaycan 7 il 6 ayın tamamında Yaponiyadan (4,1 min ABŞ dolları dəyərində 4 ədəd), 2 il 7 aydan sonra Türkiyədən (1,1 min ABŞ dolları dəyərində 4 ədəd), 2 il 3 aylıq fasilənin ardından İndoneziyadan (24,7 min ABŞ dolları dəyərində 154 ədəd) və 1 il 11 aylıq aradan sonra Çexiyadan smartfon tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.