“Azərkosmos” ötən ay ABŞ və Almaniyaya xidmət ixrac etməyib

“Azərkosmos” ötən ay ABŞ və Almaniyaya xidmət ixrac etməyib Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 18 ölkəyə 13,7 mln. ABŞ dolları dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edib.
İKT
31 May , 2019 16:24
“Azərkosmos” ötən ay ABŞ və Almaniyaya xidmət ixrac etməyib

Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 18 ölkəyə 13,7 mln. ABŞ dolları dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilir.

4 il ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ (4,8 mln. dollar), Fransa (2,9 mln. dollar), BƏƏ (394 min dollar), Malayziya (4,2 mln. dollar) və Böyük Britaniya (764 min dollar) olub.

Təkcə aprel ayında “Azərkosmos” peyk-telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 6 mln. dollar gəlir əldə edib. İxracdan əldə edilən gəlir dövlət şirkətinin gəlirlərinin 89%-ni təşkil edib. Bununla belə, ötən ay "Azərkosmos" ABŞ və Almaniyaya xidmət ixrac etməyib. Onların əvəzində peykimizin imkanlarından Malayziya yararlanıb. 

Son xəbərlər

Orphus sistemi