“AzDataCom” internet provayderi “öncədən ödəmə” sisteminə keçir

“AzDataCom” internet provayderi “öncədən ödəmə” sisteminə keçir İstifadəçilər aylıq abunə haqqını “smartpay.az” saytı üzərindən, “Azərpoçt” MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər
İKT
377
25 Dekabr , 2020 13:27
“AzDataCom” internet provayderi “öncədən ödəmə” sisteminə keçir

“COVID-19” pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib, iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb.

Həmçinin infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurətini yaradıb. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

"Report"un Nazirlikdən əldə etdiyi məlumata görə, NRYTN-in Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “AzDataCom” provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

“Azdatacom” şəbəkəsi 1 yanvar 2021-ci il tarixindən “öncədən ödəmə” sisteminə keçid edir. Bundan sonra abunəçinin istifadə edəcəyi internet haqqı “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq abunə haqqını “smartpay.az” saytı üzərindən, “Azərpoçt” MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər. Daha ətraflı məlumat üçün “157” zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, “Azdatacom” şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb mütəmadi olaraq təkmilləşdirilir. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə daxil olmaqla “öncədən ödəniş” edib aylıq internet paketi almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi