Ayda mobil rabitəni idarə edəcək operator bəlli oldu

Ayda mobil rabitəni idarə edəcək operator bəlli oldu ABŞ Milli Aeronavtika və Fəza Administrasiyası (NASA) Ayda quracaqları LTE/4G mobil rabitə şəbəkəsinin operatoru olaraq “Nokia” şirkətini seçib.
İKT
19 Oktyabr , 2020 16:06
Ayda mobil rabitəni idarə edəcək operator bəlli oldu

ABŞ Milli Aeronavtika və Fəza Administrasiyası (NASA) Ayda quracaqları LTE/4G mobil rabitə şəbəkəsinin operatoru olaraq “Nokia” şirkətini seçib.

“Report” şirkətin açıqlamasına istinadən xəbər verir ki, “Nokia” şirkətinin yeni texnologiyaları 2022-ci ilin sonunda Ayın səthində ultrayığcam, qənaətcil enerji sərfinə malik LTE şəbəkəsini yaradaraq qurulması üçün istifadə olunacaq.

Həmin texnologiyalar “İntuitive Machines” şirkətinin xüsusi fəza cihazına quraşdırılaraq Aya çatdırılacaq.

Ayda qurulacaq mobil rabitə şəbəkəsi məlumatların və yüksək təsvir çözümünə malik videomaterialların ötürülməsi, gəzici cihazları məsafədən idarə edilməsi üçün istifadə edilərək insanların Ayda uzun müddət qalması üçün zəruridir.

Qeyd edək ki, mobil rabitə, sabit rabitə şəbəkələri, geniş zolaqlı internet və İP üçün texnoloji avadanlıq istehsal edən “Nokia” şirkətinin səhmləri Nyu-York, Helsinki, Frankfurt-Mayn fond birjalarında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi