Ayaz Müseyibov: “Azərbaycan rəqəmsal infrastrukturu təkmilləşdirir”

Ayaz Müseyibov: “Azərbaycan rəqəmsal infrastrukturu təkmilləşdirir” Azərbaycan hökuməti rəqəmsal infrastrukturu təkmilləşdirir və “ağıllı” texnologiyaların cəlb edilməsinə böyük önəm verir.
İKT
22 İyun , 2023 15:23
Ayaz Müseyibov: “Azərbaycan rəqəmsal infrastrukturu təkmilləşdirir”

Azərbaycan hökuməti rəqəmsal infrastrukturu təkmilləşdirir və “ağıllı” texnologiyaların cəlb edilməsinə böyük önəm verir.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov “Vişeqrad ölkələri və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq seminarda deyib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilər 2020-ci il Vətən müharibəsi nəticəsində azad edildikdən sonra Azərbaycan müasir rəqəmsal texnologiyalara əsaslanan “ağıllı” şəhər və kənd konsepsiyasından istifadə etməklə Qarabağda dağıdılmış yaşayış məntəqələrinin tikintisinə və bərpasına başlayıb.

A. Müseyibov qeyd edib ki, Dördüncü Sənaye İnqilabı hazırda insan həyatının bütün sahələrini əhatə edir və bununla da “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” və s. kimi yeni tendensiyalar yaradır.

"Texnoloji transformasiyanın uğurlu nümunələrindən biri süni intellektin (artificial intelligence – AI) yaradılmasıdır. Süni intellektin bütün ölkələrin hökumətləri üçün yeni imkanlar yaradır", - o deyib.

Son xəbərlər

Orphus sistemi