ASCO innovativ elektron sistemləri və proqram təminatları tətbiq edilir

ASCO innovativ elektron sistemləri və proqram təminatları tətbiq edilir Gəminin 3D modelinin hazırlanmasına xidmət edən “SeaSolution”, “EBrus”, “SeaHydro” və “CADMATİC” kimi elektron sistem və proqramlar tətbiq olunur
İKT
117
7 İyul , 2020 12:28
ASCO innovativ elektron sistemləri və proqram təminatları tətbiq edilir

Səmərəli korporativ idarəetmə sisteminin qurulmasında elektron sistemlərin əhəmiyyətini nəzərə alaraq, ASCO-da innovativ elektron sistemlərin və proqram təminatlarının tətbiqinə xüsusi diqqət ayrılır.

Bu barədə "Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bura SAP sistemi, “Mərkəzi elektron dispetçer sistemi”, “Donanmanın mövqeyi proqramı”, “Elektron sənəd dövriyyəsi” sistemi, “Elektron bilet satışı” sistemi, eləcə də “Gəmi təmirinin izlənilməsi” sisteminin tətbiqi aiddir.

Bundan əlavə, ASCO-nun donanması üçün tikilən yeni gəmilərin layihələndirilməsi, gəminin gövdəsinin möhkəmliyinin və hidrodinamiki göstəricilərinin hesablanması, eləcə də gəminin 3D modelinin hazırlanmasına xidmət edən “SeaSolution”, “EBrus”, “SeaHydro” və “CADMATİC” kimi elektron sistem və proqramlar ASCO-da müvəffəqiyyətlə tətbiq olunur.