Bakı. 21 dekabr. REPORT.AZ/ “Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış
"Asan İmza"dan "Report"a daxil olan məlumata görə, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini
Bununla yanaşı, “Asan İmza” xidməti tamamilə təhlükəsiz xidmətdir və istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını bütünlüklə alır, belə ki xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.
“Asan İmza” xidmətinin “Azexport.az” portalı ilə inteqrasiyası innovativ bir həlldir və bu imkan verir ki, sahibkar qısa müddət ərzində internet resursa giriş imkanı əldə etsin və öz məhsulunu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda təqdim etsin. Belə ki, “Azexport.az” portalının məlumat bazası “eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib.
Ümumiyyətlə, “Asan İmza” məhsulu da həmçinin innovativ bir xidmət və “Made in Azerbaijan” brendi olaraq “Azexport.az” portalında qeydiyyatdan keçib. İndi “Asan İmza” xidmətində maraqlı olan müxtəlif dövlətlər bu texnologiyanın təsviri ilə ətraflı şəkildə tanış ola və Azərbaycan texnologiyasının öz ölkələrində inteqrasiyası ilə əlaqədar müvafiq danışıqlar apara bilərlər.
Qeyd edək ki, portalın təqdimatı bu il dekabrın 20-də baş tutub və təqdimatın gedişində tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.