"Apple" yeni "iPhone" modellərini təqdim edəcək

"Apple" yeni "iPhone" modellərini təqdim edəcək Apple şirkəti çərşənbə axşamı təqdimat keçirəcək. Mütəxəssislərin fikrincə, tədbirdə iPhone smartfonlarının yeni modelləri təqdim olunacaq.
İKT
10 Sentyabr , 2019 06:58
Apple yeni iPhone modellərini təqdim edəcək

"Apple" şirkəti çərşənbə axşamı təqdimat keçirəcək. Mütəxəssislərin fikrincə, tədbirdə "iPhone" smartfonlarının yeni modelləri təqdim olunacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, Kaliforniyanın Kupertino şəhərindəki "Apple Park" şəhərciyindəki "Steven Jobs" Teatrında keçiriləcək tədbir şirkətin rəsmi saytında yayımlanacaq.

Təqdimat yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq. Mütəxəssislər təcrübəyə əsaslanaraq bunun ilk növbədə yenilənmiş "iPhone" xəttinə həsr olunacağını söyləyirlər.

Orphus sistemi