“Apple” son iki ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 37 %-ni itirib

İKT
  • 02 iyul, 2025
  • 12:31
“Apple” son iki ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 37 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 30,92 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 0,16 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 6,58 faiz bəndi azdır.

İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,48 faiz bəndi və illik müqayisədə 4,05 faiz bəndi azalaraq 25,74 % olub.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 0,75 faiz bəndi, illik müqayisədə 6,16 faiz bəndi artaraq 17,12 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq müqayisədə 1,91 faiz bəndi, illik müqayisədə isə 0,99 faiz bəndi azalaraq 11,83 % (mayda 13,74 %, 1 il əvvəl 12,82 % olub) təşkil edib. Beləliklə şirkətin payı ardıcıl olaraq ikinci aydır azalır. Bu dövr ərzində o, bazar payının 37 %-ni itirib.

İlk beşliyi 8,2 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 2,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,9 faiz bəndi artıb.

44 filmi