“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb

“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb “Apple” şirkəti son günlər ABŞ-da koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən Nyu-York ştatındakı bütün mağazalarını müvəqqəti olaraq bağlayıb.
İKT
30 Dekabr , 2021 04:52
“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb

“Apple” şirkəti son günlər ABŞ-da koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən Nyu-York ştatındakı bütün mağazalarını bağlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, “Apple” şəhərdə sürətlə yayılan COVID-19 virusunun yeni "omikron" ştamı səbəbindən belə qərar verib. Şirkət Nyu-Yorkdakı 11 mağazasını bağlayaraq satışlara onlayn davam edəcəyi açıqlayıb.

Məlumata görə, bu, müvəqqəti xarakter daşıyır.

“Apple” sözcüsü işçilər arasında da virusa yoluxanların olduğu bildirib. Mağazaların qeyri-müəyyən tarixə qədər bağlı olacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi