“Apple” şirkəti cümə axşamı rüblük maliyyə hesabatını təqdim etdikdən sonra dəyər itirib.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Aplle”ın birjadakı səhmləri 5% ucuzlaşdığından şirkət təxminən 100 milyard ABŞ dolları həcmində bazar dəyəri itirib.
Gəlir və xalis mənfəət baxımından rekord göstəricilər qeydə alınsa da, hesabat “iPhone” satışından əldə olunan gəlirin 20%-dən çox azaldığını göstərib. Bu, son iki ildə şirkətin flaqman məhsulunun satışlarındakı ən böyük enişdir.
1976-cı ildə qurulan “Apple” şirkəti “iPhone”dan əlavə, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji avadanlıqlar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir. Onun bazar kapitallaşması təxminən 2 trilyon ABŞ dollarıdır.