Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və
Görüşdə Dövlət Agentliyinin informasiya sisteminin "Elektron Hökumət” portalına qoşulması və elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələlər müzakirə olunub.
Görüş zamanı Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısı üzrə "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi üçün texniki məqamlar gözdən keçirildiyi deyilir. Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi Agentliyin nümayəndələrinə təqdim edilib.
Qeyd edək ki, sözügedən xidmətin istifadəçilərə portal üzərindən çatdırılması bu sahədə qurulan yeni biznes sahələrinin işini sadələşdiriləcək.
Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən Agentliyin əməkdaşlarına təqdim edilib. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulandı və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alınıb.