Alper Gezeravcı: "Əsas vəzifəmiz kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaqdır"

Alper Gezeravcı: "Əsas vəzifəmiz kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaqdır" Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşıda duran əsas vəzifələrindəndir.
İKT
27 İyun , 2024 17:48
Alper Gezeravcı: Əsas vəzifəmiz kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaqdır

Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşıda duran əsas vəzifələrindəndir.

"Report" xəbər verir ki, bunu hərbi pilot və ilk türk astronavt Alper Gezeravcı "Baku ID" (Baku İnvestment Day) festivalı çərçivəsində keçirilən "Biznes strategiyalarını cəmiyyətin tələbləri, aktual problemlər və dünyada həyatı yaxşılaşdırmaq üçün uyğunlaşdırmaq" adlı paneldə deyib.

"Həyatının son 23 ilinin kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçdiyini diqqətə çatdıran hərbi pilot ötən keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresindən də söz açıb: "Azərbaycan paytaxtının bu sahə ilə bağlı tədbirlər keçirməsi kosmik sektorun inkişafına təkan verir. Biz astronavtların da missiyalarından biri gənclərə kosmik sahə barədə məlumat vermək, maraq yaratmaq və sevdirməkdir", - A. Gezeravcı bildirib.

Son xəbərlər

Orphus sistemi