AKTA: "Kibertəhlükəsizlik strategiyasının olması bu hücumlardan tam sığortalamır"

AKTA: "Kibertəhlükəsizlik strategiyasının olması bu hücumlardan tam sığortalamır" Kibertəhlükəsizlik məsələləri təcrübədə başqa, dünya yanaşmasında fərqli faktları ortaya qoyur
İKT
17 May , 2022 14:41
AKTA: Kibertəhlükəsizlik strategiyasının olması bu hücumlardan tam sığortalamır
Rahid Ələkbərli

Ölkədə kibertəhlükəsizlik strategiyasının olması kibertəhlükəsizlik məsələlərindən tam sığortalanmaq demək deyil.

Bunu "Report"a müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Rahid Ələkbərli deyib.

"Kibertəhlükəsizlik məsələləri təcrübədə başqa, dünya yanaşmasında fərqli faktları ortaya qoyur. Elə ölkələr var ki, onlarda kibertəhlükəsizlik strategiyası yerindədir, amma bu strategiyanın yerində olması o demək deyil ki, onlar kibertəhlükəsizlik məsələlərindən tam sığortalanıblar", - R. Ələkbərli bildirib.

R.Ələkbərlinin sözlərinə görə, kibertəhlükəsizliklə bağlı hər bir ölkənin öz yanaşması var:

"Belə hallar çoxdur. Görünən odur ki, kiber-məkanın tənzimlənməsi xüsusi yanaşma tələb edir və təcrübədə hər ölkənin özünəməxsus yanaşması müşahidə edilir.
İnsanların kibermaarifçilik sahəsində bilik və bacarıqları çox olarsa bu bacarıqlar təhdidlərdən qorunmaqda kömək edir.

AKTA-nın təqdimatında da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğuladı ki, 2022-2027-ci illər üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır. AKTA bu məsələdə nazirliklə birgə müzakirələrə hazır və istəklidir. Bundan savayı, zənnimcə, belə strategiyalar mütləq şəkildə vətəndaş cəmiyyəti və biznes ilə birgə hazırlanmalıdır. Bu təşkilatlar gələcəkdə strategiyanın uğurunda önəmli rol oynayacaqlar".

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaranmasına 22 fevral 2022-ci il tarixində bu sahənin əsas aparıcılarının yığıncağı və məşvərəti ilə qərar verilib. Assosiasiya aprelin 19-da dövlət qeydiyyatından keçib və 22 aprel tarixində ilk təqdimatı baş tutub.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi